Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-20 16:10:00
UNEC Kitabxana-İnformasiya Mərkəzi vebinar keçirəcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə 23 may tarixində “Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)” mövzusunda vebinar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, vebinarda Türkiyə universitetlərindən aparıcı mütəxəssislər Dördüncü sənaye inqilabı dövründə Türkiyənin qabaqcıl akademik kitabxanalarının fəaliyyəti, kitabxana proseslərində yeni texnoloji həllər, beynəlxalq məlumat bazaları və onların kitabxanalar arasında ortaq istifadəsi məsələləri, kitabxanalarda bibliometrik və elmmetrik tədqiqatlar, yeni kitabxana xidmətlərinin tətbiqi və digər maraqlı mövzularla çıxış edəcəklər. Tədbir Zoom proqramı üzərindən yayımlanacaq.

 

Vebinarı UNEC-in rəsmi Facebook səhifəsində və Youtube kanalında izləyə bilərsiniz.