Azedu.az

ADNSU ilə Litva universiteti arasında əməkdaşlıq müzakirəsi

Ali təhsil

24 Noyabr 2026, 15:06
ADNSU ilə Litva universiteti arasında əməkdaşlıq müzakirəsi

Noyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Litvanın Vilnüs Gediminas Texniki Universitetinin (VILNIUS TECH) rektoru Romualdas Kliukas və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə VILNIUS TECH-in Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Dovile Jodenyte, Elektronika fakültəsinin dekanı Martynas Sapurov, Azərbaycan Respublikası Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın rəhbəri İmran Muxtarov və Kosmik Elmi layihələr üzrə menecer Səbinə Ədilova Əliyeva iştirak ediblər.

ADNSU-nu görüşdə universitetin rektoru, dosent Rüfət Əzizov, beynəlxalq əlaqələr üzrə prorektor Nigar Adilova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Həbibə Nəzirova, SABAH qruplarının rəhbəri Arzu İbrahimova və Sənaye mühəndisliyi fakültəsinin dekan müavini Mirkamran Səlimli təmsil ediblər.

Görüş zamanı tərəflər universitetlərin fəaliyyət istiqamətləri və mövcud akademik potensialı barədə fikir mübadiləsi aparıb, əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Xüsusilə tələbə və doktorant mübadiləsi, professor-müəllim heyətinin qarşılıqlı səfərlərinin təşkili, eləcə də müvafiq elmi istiqamətlər üzrə birgə tədqiqat layihələrinin həyata keçirilməsi imkanları diqqət mərkəzində olub.

Rəsmi görüşdən sonra qonaqlar ADNSU-nun tələbələri ilə görüşüb, həmçinin universitetin laboratoriya infrastrukturu ilə yaxından tanış olublar.

ŞOK HÜCUM! Ukrayna ordusu Rusiyaya girdi - Bu ərazini ələ keçirdi
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox