Azedu.az

Sinif yoldaşına bıçaqla hücum etdi, sonra özünü 3-cü mərtəbədən atdı

Hadisə

24 Noyabr 2026, 10:57
Sinif yoldaşına bıçaqla hücum etdi, sonra özünü 3-cü mərtəbədən atdı

Türkiyənin Antalya şəhərində lisey şagirdi sinif yoldaşına maket bıçağı ilə hücum edib. Hadisədən sonra 17 yaşlı qız məktəbin 3-cü mərtəbəsindən aşağı atılıb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Anadolu Liseyində baş verib.

Belə ki, 10-cu sinif şagirdi olan 17 yaşlı E.V.K. eyni sinifdə təhsil alan 16 yaşlı N.D.-yə maket bıçağı ilə hücum edərək onun boyun, üz və bədəninin müxtəlif nahiyələrini yaralayıb.

Hadisədən sonra hücumu törədən şagird sinif otağının pəncərəsindən binanın 3-cü mərtəbəsindən aşağı atılıb.

Məlumat daxil olduqdan sonra məktəbə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hər iki şagird ilkin tibbi müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.

Yaralı şagirdin anası Gamze D. qızının hücum edən məktəbli ilə heç bir münaqişəsinin olmadığını bildirib. Onun sözlərinə görə, E.V.K. qızını məktəbin həyətində gəzməyə, daha sonra isə tualetə getməyə dəvət edib. Tualetin qapısının bağlı olduğunu gördükdən sonra N.D. arxasını çevirən anda ona maket bıçağı ilə hücum edib.

Hadisə ilə bağlı polis araşdırma aparır.

ŞOK HÜCUM! Ukrayna ordusu Rusiyaya girdi - Bu ərazini ələ keçirdi
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox