Azedu.az

450-dən çox məktəb hədəfdə: Almaniyada bomba həyəcanı

Hadisə

23 Noyabr 2026, 16:00
450-dən çox məktəb hədəfdə: Almaniyada bomba həyəcanı

Almaniyada ölkə üzrə 450-dən çox məktəb elektron poçt vasitəsilə bomba təhdidlərinin hədəfi olub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Bildirilib ki, bu səhər çoxsaylı məktəblərə bomba təhdidi məzmunlu elektron məktublar daxil olub. Freiburg Polisi polisə təcili zəng xəttinə də məlumatların daxil olduğunu qeyd edib.

Məlumata görə, məktubların mövzu hissəsində “Ölüm səni gözləyir” ifadəsi yer alıb və onların məzmunu eyni olub.

Türingiya polisi hadisə ilə bağlı cinayət törətməklə hədələmə və ictimai asayişi pozma şübhəsi əsasında araşdırmaya başlayıb. Qurum məktəblərə hazırkı vəziyyətdə təxliyə qərarı verməmək tövsiyəsini çatdırıb.

Bununla belə, bəzi məktəblərdə ehtiyat tədbiri olaraq şagirdlər evə göndərilib, həmin məktəblərə polis əməkdaşları cəlb olunub. Aşağı Saksoniya əyalətində də çoxsaylı məktəblərə bomba təhdidi ilə bağlı məlumatların daxil olduğu bildirilib.

Səlahiyyətli qurumlar təhdid məktublarının mənbəyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir. Məktəblərə oxşar təhdidlərlə qarşılaşdıqları halda polisə müraciət etmələri tövsiyə olunub.

Qeyd edək ki, bir həftə əvvəl İtaliyada da minlərlə məktəbə bomba təhdidləri ilə bağlı məlumatlar daxil olub, nəticədə çoxsaylı məktəblər təxliyə edilib.

İranda yenə ARA QARIŞDI - Əhali ayağa qalxdı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox