Azedu.az

Bəzi yerlərdə yağış intensivləşib - Faktiki hava

AzEdu Təhsil Platforması

23 Noyabr 2026, 12:14
Bəzi yerlərdə yağış intensivləşib - Faktiki hava

Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərdə isə arabir qar yağıb.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 23-ü saat 11:00-a olan məlumatında qeyd edilib.

Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 7, Laçında 4, Qubadlı və Şahdağda 3 sm-dir.

Düşən yağıntının miqdarı Daşkəsən və Ordubadda 11, Sədərəkdə 10, Tərtər və Gədəbəydə 9, Ağdam, Yardımlı və Şahbuzda 8, Şamaxıda 7, Göygöl, Bərdə, Göyçay, İsmayıllı və Şərurda 6, Culfada 5, Qobustan, Qrız və Xaltanda 4, Biləsuvar, Şabran, Xınalıq, Altıağac, Lənkəran və Bərdədə 3, Lerik, Ağstafa, Sarıbaş (Qax), Gəncə, Naftalan, Goranboy, Naxçıvan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Qəbələ, Şəmkir, Tovuz, Zaqatala, Şəki, Qusar, Mingəçevir, Astara, Yevlax, Ağdamda 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 19, Daşkəsən və Naftalanda 18 m/s-dək güclənib.

Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox