Azedu.az

LDU-da Şərq və Qərb şəhərsalma modelləri müzakirə olunub

AzEdu Təhsil Platforması

16 Noyabr 2026, 20:07
LDU-da Şərq və Qərb şəhərsalma modelləri müzakirə olunub

Lənkəran Dövlət Universitetində (LDU) “Şərq–Qərb sivilizasiyaları arasında şəhərsalma modelləri” mövzusunda elmi konfrans keçirilib. Müxtəlif sivilizasiyaların memarlıq və urbanizasiya ənənələrinin elmi müstəvidə araşdırılmasına həsr olunan tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Bu barədə AzEdu.az-a LDU-dan məlumat verilib.

Bildirilib ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev konfrans iştirakçılarını salamlayaraq mövzunun elmi və tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib və tədbir də məhz bu əlamətdar ilə həsr olunub. Prorektor vurğulayıb ki, dövlət başçısının bu mühüm qərarı çoxəsrlik milli memarlıq irsimizin qorunmasına, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərinin müasir urbanizasiya standartları əsasında təşviqinə xidmət edir. O qeyd edib ki, bu sərəncam ali təhsil müəssisələri qarşısında da şəhərsalma sahəsində elmi araşdırmaların dərinləşdirilməsi və innovativ yanaşmaların tətbiqi baxımından yeni vəzifələr qoyur. Eyni zamanda, o, Şərq və Qərb şəhərsalma mədəniyyətlərinin qarşılıqlı təsirinin öyrənilməsinin müasir dövr üçün aktuallığını xüsusi diqqətə çatdırıb.

Konfransda mövzu ətrafında geniş elmi məruzələr dinlənilib. Lənkəran Dövlət Universitetinin Xarici dillər kafedrasının professoru Əfqan Abdullayev, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dosent Elman Mirzəyev, Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dosent Afaq Qasımova, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Kamal Mahmudov və Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sənan Əzizov çıxış edərək şəhərsalma tarixinin müxtəlif mərhələləri, sivilizasiyalararası memarlıq fərqləri və coğrafi-mədəni amillərin urbanizasiya prosesinə təsiri barədə ətraflı məlumat veriblər.

 

 

 

Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu
Son xəbərlərDaha çox