2026/2027-ci tədris ilində IV ixtisas qrupu üzrə dövlət sifarişli (pulsuz) plan yerlərinə qəbul zamanı ən yüksək keçid balı qeydə alınan 10 ixtisasını təqdim edirik:
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, ilk sırada 692,8 balla Azərbaycan Tibb Universitetinin ingilis dilində tədris olunan “Tibb” ixtisası qərarlaşıb.
İkinci yerdə Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisası yer alıb. Bu ixtisas üzrə keçid balı 638,5 olub.
Üçüncü ən yüksək keçid balı isə Qarabağ Universitetinin “Tibb” ixtisasında qeydə alınıb. Sözügedən ixtisas üzrə keçid balı 634,2 təşkil edib.
Dördüncü yerdə Azərbaycan Tibb Universitetinin “Stomatologiya” ixtisası qərarlaşıb. Bu ixtisas üzrə keçid balı 627,8 olub.
Beşinci sırada Naxçıvan Dövlət Universitetinin ingilis dilində tədris olunan “Tibb” ixtisası yer alıb. Burada keçid balı 624,6 təşkil edib.
Altıncı yerdə 624,3 balla Qarabağ Universitetinin “Stomatologiya” ixtisası qərarlaşıb.
Yeddinci sırada Naxçıvan Dövlət Universitetinin “Tibb” ixtisası yer alıb. Bu ixtisas üzrə keçid balı 622,2 olub.
Səkkizinci yerdə Naxçıvan Dövlət Universitetinin “Stomatologiya” ixtisası qərarlaşıb. Keçid balı 620,6 təşkil edib.
Doqquzuncu sırada Azərbaycan Tibb Universitetinin “Fizioterapiya” ixtisası yer alıb. Bu ixtisas üzrə keçid balı 616,5 olub.
İlk onluğu isə 606,6 balla Azərbaycan Tibb Universitetinin “İctimai səhiyyə” ixtisası tamamlayıb.