Azedu.az

MDU-da elmi inkişaf: 100-ə yaxın əməkdaş mükafatlandırılıb, Scopus-da son 1 ilin təhlili

AzEdu Təhsil Platforması

16 Noyabr 2026, 10:17
MDU-da elmi inkişaf: 100-ə yaxın əməkdaş mükafatlandırılıb, Scopus-da son 1 ilin təhlili

Mingəçevir Dövlət Universitetində aparılan yenilənmə yalnız təmir-bərpa işləri ilə məhdudlaşmır. Son bir il ərzində universitet əməkdaşları 100-ə yaxın elmi və akademik nəticə əldə edib, bu nəticələrə töhfə verən 100-ə yaxın əməkdaş mükafatlandırılıb. Son bir ayda isə universitet alimlərinin 40 məqaləsi Scopus beynəlxalq elmi bazasında indekslənib.

Bu barədə AzEdu.az-a MDU-dan məlumat verilib. 

Elmi nəticələr mükafatlandırılır, əmək layiqincə qiymətləndirilir

Son bir il ərzində MDU əməkdaşları dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, beynəlxalq nüfuzlu elmi jurnallarda indekslənən məqalələr və digər elmi-tədqiqat məhsulları üzrə ümumilikdə 100-ə yaxın uğurlu nəticə əldə ediblər. Bu nailiyyətlərə töhfə verən 100-ə yaxın əməkdaş mükafatlandırılıb.

Əməkdaşların elmi və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, peşəkar inkişafının dəstəklənməsi və motivasiyasının artırılması məqsədilə universitetdə diferensial əməkhaqqı sistemi tətbiq olunur. Dekabr 2026-cı ildə elmi, tədris və digər akademik fəaliyyət göstəricilərinə əsasən 30 əməkdaşın əməkhaqqı artırılacaq:

Əməkdaş sayı

Əməkhaqqı artımı

10 əməkdaş

30%

10 əməkdaş

20%

10 əməkdaş

10%

Prosesin şəffaf, obyektiv və nəticəyönümlü təşkili üçün universitetdə ASİS (Akademik Stimullaşdırma və İnkişaf Sistemi) platformasının təqdimatı keçirilib. Əməkdaşlara elmi və akademik nəticələrini sistemə yerləşdirmək, göstəricilərini təqdim etmək və qiymətləndirmə prosesində iştirak etmək imkanları barədə məlumat verilib.

Son beş ildə Scopus-da dinamik artım

Son beş il ərzində universitetin Scopus beynəlxalq elmi bazasında indekslənən məqalələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. 2026-cı ilin noyabr ayınadək əldə olunan nəticə 2025-ci ilin göstəricisi ilə müqayisədə təxminən 3 dəfə çoxdur.

Bu nəticələr universitetin elmi inkişafda həm keyfiyyət, həm də kəmiyyət baxmından yeni mərhələyə keçdiyini göstərir. Artım elmi-tədqiqat fəaliyyətinə verilən strateji önəmin, akademik heyətin fəallığının, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinin və tədqiqat mədəniyyətinin inkişafının bəhrəsidir.

Scopus Elsevier tərəfindən idarə olunan nüfuzlu elmi-metrik bazadır. Jurnallar bu bazaya beynəlxalq ekspertlərdən ibarət Məzmun Seçimi və Məsləhət Şurasının (CSAB) qiymətləndirməsindən sonra daxil edilir. Bu qiymətləndirmədə elmi keyfiyyət, nəşr etikası, redaksiya siyasəti və resenziya prosesi nəzərə alınır. Bu səbəbdən Scopus-da indekslənən nəşrlər universitetin beynəlxalq elmi görünürlüyünün əsas göstəricilərindən biridir.

Bir ayda 40 Scopus nəşri

Son bir ay ərzində MDU əməkdaşlarının 40 elmi məqaləsi Scopus elmi-metrik bazasında indekslənib. Onlardan 8-i ən yüksək kateqoriya olan Q1 kvartil jurnallarında dərc olunub.

Kvartil

Məqalə sayı

Qeyd

Q1

8

Ən yüksək kvartil

Q2

1

İkinci kvartil

Q3

31

ESGERR-2026 konfransının materialları

Cəmi

40

 

 

Q1 və Q2 kvartil jurnallarındakı nəşrləri ilə fərqlənən əməkdaşlar:

Müəllif

Q1

Q2

Ramil Həsənov

4

1

Ceyhun Mahmudov

2

 

Nüşabə Qədimli

1

 

Vəfa Məhərrəmova

1

 

Şahnaz Məhişzadə

1

 

Natəvan Namazova

 

1

Zivər Zeynalova

 

1

 

Qeyd edək ki, bu təşəbbüslər universitetdə sağlam akademik rəqabət mühitinin formalaşmasına, yüksək nəticə göstərən əməkdaşların əməyinin layiqincə qiymətləndirilməsinə və elmi-tədqiqat fəaliyyətinin güclənməsinə xidmət edir.

TƏCİLİ! Rusiya sərhədində gərginlik! Təyyarə qaldırıldı
Son xəbərlərDaha çox