Azedu.az

Azərbaycanlı yeniyetmələrdən Çində uğurlu nəticə

AzEdu Təhsil Platforması

15 Noyabr 2026, 10:11
Azərbaycanlı yeniyetmələrdən Çində uğurlu nəticə

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdirirlər.

Azərbaycan Gimnastika Federasiyasından AzEdu.az-a bildirilib ki, batut gimnastikası üzrə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı final mərhələsində 46.160 xal toplayaraq bürünc medalın sahibi olublar.

Eyni proqramda 17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev isə təsnifat mərhələsində 48.960 xalla 4-cü pillədə qərarlaşaraq finala vəsiqə qazanıblar.

Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında ölkəmizi təmsil edən Əsnad Niftiyeva isə 42.700 xalla 8-ci nəticəni göstərərəkfinal mərhələsinə yüksəlib.

Gimnastlarımız yarışda mübarizələrini davam etdirirlər.

Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır
Son xəbərlərDaha çox