Azedu.az

Bu gün 22 dərəcə isti olacaq

AzEdu Təhsil Platforması

14 Noyabr 2026, 09:00
Bu gün 22 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

AzEdu.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, havanın temperaturu gecə 7–12, gündüz 17–22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət isə 60–65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4–9, gündüz 17–22 dərəcə isti, dağlarda gecə 0–4 dərəcə şaxta, gündüz 8–13 dərəcə isti olacaq.

Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır
Son xəbərlərDaha çox