Azedu.az

Nazir Ordubadda təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub

Təhsil Nazirliyi

13 Noyabr 2026, 15:31
Nazir Ordubadda təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov Ordubad rayonuna səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində olub.

AzEdu.az xəbər verir ki, nazir Ordubad Şəhər tam orta internat məktəbi və Ordubad Peşə Liseyinin fəaliyyəti ilə tanış olub, müəssisələrdə tədris prosesinin təşkili, təhsilalanlar üçün yaradılan şərait və mövcud infrastruktur imkanları ilə maraqlanıb.

Görüşlər zamanı tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim-tərbiyə işinin təşkili və müəssisələrin qarşısında duran vəzifələr müzakirə edilib. Müəssisə rəhbərləri mövcud vəziyyət, əldə olunan nəticələr və fəaliyyət istiqamətləri barədə nazirə məlumat veriblər.

Səfər çərçivəsində Ovni Muradov təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, tədris mühitinin yaxşılaşdırılması, eləcə də şagird və tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

İran ballistik raketləri yeraltından çıxardı - Dəhşətli müharibə...
Son xəbərlərDaha çox