Azedu.az

UNEC-dən ərəb dünyasına növbəti addım

Ali təhsil

13 Noyabr 2026, 11:05
UNEC-dən ərəb dünyasına növbəti addım

UNEC-in ərəb dünyası ilə əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti addım atılıb. Belə ki, UNEC rektoru, professor Ədalət Muradovun bir müddət əvvəl ərəb ölkələrinin iştirakı ilə keçirilən QS beynəlxalq sammitinə səfərinin davamı olaraq, universitet bu dəfə Mərakeşdə təşkil olunan “Gulf Education Exhibition 2026” beynəlxalq təhsil sərgisinə qatılıb.

AzEdu.az xəbər verir ki, 12–13 noyabr tarixlərində Mərakeşin Rabat və Kasablanka şəhərlərində keçirilən bu nüfuzlu sərgidə Azərbaycan ali təhsil müəssisələri arasında yalnız UNEC iştirak edir.

Sərgidə universiteti Əcnəbi tələbələrlə iş şöbəsinin böyük mütəxəssisi Xanım Ağadadaşova və Xarici əlaqələr şöbəsinin mütəxəssisi Röya Allahverdiyeva təmsil edirlər.

Tədbirin ilk günündə Rabat şəhərində yerli təhsil müəssisələrinin nümayəndələri və məktəblilərlə görüşlər keçirilib. Sərgi boyunca UNEC-in stendinə çoxsaylı məktəblilər yaxınlaşaraq Azərbaycanda, xüsusilə də UNEC-də təhsil almaq imkanları, qəbul şərtləri və ingilisdilli proqramlarla yaxından maraqlanıblar. Abituriyentlər arasında daha çox maliyyə, biznesin idarə edilməsi və informasiya texnologiyaları (IT) ixtisaslarına, eləcə də ikili diplom və tələbə mübadiləsi proqramlarına üstünlük verilib.

UNEC nümayəndələri Rabat şəhərində yerləşən Zenith School və digər 3 məktəbə də səfər ediblər. Şagird və müəllimlər tərəfindən UNEC-in tədris imkanlarına böyük maraq göstərilib, universitetin beynəlxalq proqramları, tələbə həyatı şagirdlərin diqqətini çəkərək onların çoxsaylı sualları cavablandırılıb.

UNEC qarşıdakı dövrdə də ərəb ölkələri ilə əlaqələrin inkişafını beynəlmiləlləşmə siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirəcək.

Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu
Son xəbərlərDaha çox