Azedu.az

LDU-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində seminar keçirilib

Ali təhsil

11 Noyabr 2026, 17:57
LDU-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində seminar keçirilib

Lənkəran Dövlət Universitetində BMT-nin Uşaq Hüquqları Konvensiyasının prinsiplərinin təbliği və gənclərin maarifləndirilməsi məqsədilə seminar təşkil olunub.

AzEdu.az xəbər verir ki, tədbirdə sosial məsələlər üzrə prorektor, dosent Ramiz Şammədov, Pedaqogika, psixologiya və incəsənət kafedrasının müdiri, dosent Afiq Əliyev və tələbə Leyla Heydərova çıxış ediblər.

Çıxışlarda uşaq hüquqlarının qorunması, təhsil hüququ, dövlət qayğısı və bu sahədə qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İrandan müharibə anonsu - Zərbə endirəcəyik!
Son xəbərlərDaha çox