Azedu.az

9 gün iş olmayacaq 

AzEdu Təhsil Platforması

11 Noyabr 2026, 10:22
9 gün iş olmayacaq 

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir.

AzEdu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub.

Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadüf edir. Bundan başqa, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də rəsmi qeyri-iş günüdür.

Beləliklə, beşgünlük iş həftəsi ilə çalışanlar dekabr ayında 22 gün işləyəcək, 9 gün isə istirahət edəcəklər.

Altıgünlük iş rejimində çalışanlar üçün isə ay ərzində 5 qeyri-iş günü nəzərdə tutulub.

Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rusiyanın əsas bazası külə döndü!
Son xəbərlərDaha çox