Çexiyada şagird yerlərinin çatışmazlığının aradan qaldırılması məqsədilə yeni məktəblərin tikintisi planlaşdırılır.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, layihə çərçivəsində bir neçə bələdiyyənin birgə əməkdaşlıq edərək yeni təhsil müəssisələri inşa etməsi nəzərdə tutulur.
Məlumata görə, 2027-ci ildə bu təşəbbüslərin dəstəklənməsi üçün dövlət büdcəsindən 600 milyon Çex kronu ayrılması təklif edilib.Layihənin əsas məqsədi əhalisi sürətlə artan yaşayış məntəqələrində məktəb yerlərinin sayını artırmaq, mövcud təhsil infrastrukturunu genişləndirmək və şagirdlərin təhsil imkanlarını yaxşılaşdırmaqdır.
Yeni məktəblərin tikintisi xüsusilə şagird sıxlığının yüksək olduğu ərazilərdə təhsil müəssisələrində yer çatışmazlığının azaldılmasına xidmət edəcək.