Azedu.az

Sumqayıtda peşə məktəbi söküləcək - VİDEO

AzEdu Təhsil Platforması

10 Noyabr 2026, 10:24
Sumqayıtda peşə məktəbi söküləcək - VİDEO

Sumqayıtda keçmiş 35 saylı peşə məktəbinin binasında yaşayan sakinlər binanın söküləcəyi barədə məlumatlandırıldıqlarını, lakin köçürülmə məsələsinə aydınlıq gətirilmədiyini bildirirlər.

AzEdu.az xəbər verir ki, bu barədə “Xəzər TV”nin reportajında məlumat verilib.

Şəhərin 42-ci məhəlləsində yerləşən binada 2011-ci ildən dörd ailə məskunlaşıb. Sakinlərin sözlərinə görə, onlardan ikisi məcburi köçkün ailəsidir.

Sakinlər iddia edirlər ki, əraziyə gələn aidiyyəti qurumların əməkdaşları binanı tərk etmələrini istəyiblər. Lakin onlara köçürülmənin hansı qaydada aparılacağı və başqa yaşayış yeri ilə təmin olunub-olunmayacaqları barədə məlumat verilməyib.

Binanın yerində yaşayış kompleksinin tikiləcəyini iddia edən sakinlər mövcud vəziyyətdən narahat olduqlarını bildiriblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə açıqlamada sözügedən ərazidə yaşayış binasının tikintisinin nəzərdə tutulmadığı bildirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən qeyd olunub ki, ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.

Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!
Son xəbərlərDaha çox