Azedu.az

İtirilmiş dişlər yenidən çıxa bilər - Alimlərdən yeni kəşf

AzEdu Təhsil Platforması

9 Noyabr 2026, 13:14
İtirilmiş dişlər yenidən çıxa bilər - Alimlərdən yeni kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər.

AzEdu.az xəbər verir ki, bu barədə "The Science Pulse" nəşri məlumat yayıb.

Həkim Katsuo Takahaşinin rəhbərlik etdiyi tədqiqat qrupu dişlərin inkişafını məhdudlaşdıran USAG-1 zülalına təsir edən preparat hazırlayıb. Alimlər bu zülalın fəaliyyətini bloklamaqla orqanizmin yeni dişlər formalaşdırmaq potensialını aktivləşdirməyə çalışırlar.

Heyvanlar üzərində aparılan ilkin sınaqlar ümidverici nəticələr verib. Bu nəticələr preparatın insanlar üzərində sınaqdan keçirilməsi üçün zəmin yaradıb.

Diqqətçəkən məqam odur ki, tədqiqatın ilkin mərhələsində əsas diqqət anadangəlmə diş çatışmazlığı olan insanlara yönəldilib. Başqa sözlə, preparatın ilkin məqsədi travma və ya kariyes nəticəsində dişlərini itirənlərə deyil, doğuşdan bəzi dişləri olmayan şəxslərə kömək etməkdir.

Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!
Son xəbərlərDaha çox