8 Noyabr- Zəfər Günü! Bu tarix xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və Vətən sevgisinin tarixə qızıl hərflərlə yazıldığı şanlı gündür.
Bu gün münasibəti ilə rektorlarda öz "feysbuk" hesablarında paylaşım edib.
AzEdu.az rektorların paylaşımlarını təqdim edir:
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:
"Zəfərin mübarək, Azərbaycan! Zəfərin əbədi, bayrağın daim ucalarda olsun! Şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayıram".

Mingəçevir Dövlət Universitetinin rektoru (MDU) Anar Eminov:
"Xalqımızın igidliyi, Müzəffər Ali Baş Komandanın qətiyyəti və şanlı Ordumuzun rəşadəti ilə tariximizə həkk olunan 8 Noyabr – Zəfər Günü mübarək!
Bu böyük Qələbəni bizə bəxş edən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə sağlam ömür arzulayırıq. Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun!"
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov:

"8 Noyabr – Zəfər Günümüz mübarək! Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı Zəfər xalqımızın birliyinin, iradəsinin və Vətən sevgisinin təntənəsidir. Zəfərimiz əbədi olsun!"
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev:
"Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mahir sərkərdəliyi, qəhrəman Ordumuzun şücaəti və xalqımızın birliyi ilə qazanılan tarixi Qələbə milli yaddaşımızda əbədi yaşayacaqdır.
BDU-da şəhid ailələrinin, qazilərimizin və tələbələrimizin eyni duyğuları paylaşması bir daha göstərir ki, bu Zəfər yalnız tariximizin şanlı səhifəsi deyil, həm də gələcək nəsillər üçün qürur və mənəvi güc mənbəyidir.
Bu Zəfəri bizə bəxş edən qəhrəmanlarımızı daim minnətdarlıqla anacağıq!"
Qarabağ Universitetinin rektoru Şahin Bayramov:

"8 Noyabr - Zəfər Günü münasibətilə Qarabağ Universitetinin tələbələrini, əməkdaşlarını və tərəfdaşlarını ürəkdən təbrik edirik! Qalib Liderimiz, Möhtərəm Prezidentimizlə qürur duyuruq!
ŞƏHİD qardaşlarımızın əziz xatirəsini böyük ehtiramla anır, QAZİ qardaşlarımıza şəfa diləyir, qəhrəman əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı bildiririk!
Zəfər bayramımız mübarək olsun! Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!"
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov:

"8 Noyabr – Zəfər Günü! Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, Şanlı Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi ilə qazandığımız tarixi Zəfər milli qürurumuzun əbədi rəmzidir. Zəfər Günümüz mübarək, Azərbaycan!"
Bakı Slavyan Universitetinin(BSU) rektoru Anar Nağıyev:
"Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"