Azedu.az

Gənclər niyə müəllim olmaq istəmir?

AzEdu Təhsil Platforması

7 Noyabr 2026, 14:30
Gənclər niyə müəllim olmaq istəmir?

Abituriyent artıq bilir ki, müəllim olsa, gələcəkdə iş tapmaq məsələsi çətinləşəcək.

Bu sözləri "AzEdu Podkast"da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib. 

O, qeyd edib ki, 16-17 yaşlı uşaqlar əmək bazarını elə araşdırırlar ki, adam yaxşı mənada heyrətlənir. Vallah, heç müəllimin nəsə deməyinə ehtiyac da yoxdur, özləri hər şeyi öyrənirlər. Bu gün onların internetə və süni intellektə çıxış imkanları digərlərindən az deyil, hətta artıqdır. Abituriyent artıq bilir ki, müəllim olsa, gələcəkdə iş tapmaq məsələsi çətinləşəcək.

İndi deyə bilərlər ki, yeni nəsil tənbəldir, işləmək istəmir, çünki müəllimlik hər zaman öyrənməyi, araşdırmağı tələb edən ixtisasdır. Yəni guya bu gənclər öyrənməyə meyilli deyillər, sadəcə rahat, stabil bir iş istəyirlər ki, günlərini keçirsinlər... Bu yanaşmaya hörmətlə yanaşıram, ama icazənizlə, mən bir az fərqli düşünmək istəyirəm.

Mən artıq gənclik dövrünü geridə qoymuş sayılıram və nə yalan deyim, bu məsələdə onlarla razıyam. Çünki ən çox dostum olan ixtisas sahibləri məhz müəllimlərdir. Görürəm ki, MİQ müsabiqəsində ən yüksek bal toplayan müəllim belə işə düzəlməkdə çətinlik çəkir.

Bəs məsələ nədən ibarətdir? Bizim əsas problemimiz odur ki, müəllimlik ixtisasını bitirənlər üçün iş variantları çox azdır və onlar ancaq dövlət məktəblərindən asılı qalırlar. Məltəm xanım, bizdə özəl məktəblərin sayı çox azdır cəm 33 özəl məktəb var, onların da əksəriyyəti tək bir korpusdan ibarətdir.

Əgər özəl məktəblərimizin sayı artsa, olanların da regionlarda  Lənkəranda, Gəncədə, Yevlaxda filialları açılsa, onda yeni məzun görər ki, onun üçün alternativlər var. O, tamamilə dövlət məktəblərindən asılı qalmaz. Yazıq uşaqlar da bilmirəm bu incəliyi bilirlər, ya yox...

İkinci məsələ: xarici təcrübədə müəllimlər üçün müstəqil sosial layihələr var. Adam var ki, fizika və ya riyaziyyat müəllimliyini bitirir, ama məktəbdə işləmək ona maraqlı gəlmir. Çünki başqa sosial layihələr var  məsələn, ömürboyu təhsil layihələri (lifelong education). Vaxtilə oxumaq imkanı olmayan 50 yaşdan yuxarı şəxslər üçün ayrıca tədris saatları hazırlanır. Adam gedib 16 yaşlı şagirdlərlə deyil, məhz həmin yaşlı insanlarla işləyir.

Bax, belə pedaqoji layihələr olsa, müəllimliyə maraq artacaq. Amma təbii ki, bütün uşaqların sırf bu səbəbdən müəllimliyə getmədiyini də iddia etmirəm, başqa səbəblər də var.  Bu gün müəllimlik ixtisasına olan marağı və sevgini mütləq qorumalıyıq.

Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı
Son xəbərlərDaha çox