NASA-nın kainatdakı ən güclü partlayışları araşdıran “Swift” kosmik rəsədxanası Yer atmosferinə daxil olaraq fəaliyyətini başa vurub.
AzEdu.az xəbər verir ki, 2004-cü ildə buraxılan teleskopun cəmi iki il işləməsi nəzərdə tutulsa da, o, təxminən 22 il elmi müşahidələr aparıb.
Aparat İndoneziyanın Şimali Sumatra bölgəsi üzərində atmosferə daxil olub və böyük hissəsinin yanaraq məhv olduğu bildirilir.