Cari tədris ilində 28 min şəxs peşə təhsili müəssiələrinə qəbul edilib.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Peşəfest 2026" layihəsinin bağlanış tədbirində çıxışı zamanı bildirib.
O bildirib ki, son 5 ildə peşə təhsili müəssiələrinə qəbul 70 faiz artıb: “Son 5 ildə peşə təhsili müəssisələrinə qəbul olunanlarıns ayı 28 mindən 52 minədək artıb. Sevindirici haldır ki, peşə təhsilində qızların iştirakı artıb”.
O bildirib ki, qəbulların 70 faizi regionların payına düşür: “Regionlarda müasir standartlara malik peşə təhsil müəssiələri fəaliyyət göstərir”.