Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib.
Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Şaban Cəərçiyev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.
Şaban Cəərçiyev 2008-ci ildə Azərbaycan Texniki Universitetində “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması”, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisasları üzrə bakalavriat təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2016-cı ildə “Məktəblinin dostu” layihəsinin koordinatoru kimi başlayan Şaban Cəərçiyev 2021-ci ildə Bakı Kompüter Peşə Liseyinin direktoru vəzifəsinə təyin edilib, 2023-cü ildə struktur dəyişikliyi ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə keçirilib. 2024-cü ildən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, 12 oktyabr 2026-cı il tarixindən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.