Azedu.az

Sabiq nazirdən REAKSİYA - “Məktəbli formasında güzəşt olmamalıdır”

AzEdu Təhsil Platforması

12 Oktyabr 2026, 16:56
Sabiq nazirdən REAKSİYA - “Məktəbli formasında güzəşt olmamalıdır”

Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid məktəbli formasının tətbiqi və müəllimlərin geyim qaydalarının müəyyən edilməsi ilə bağlı qərarı, mahiyyətindən kənara çıxarılaraq hicab mövzusu ətrafında müzakirələrə səbəb olub.

Bu addımın bəzi qruplar tərəfindən dini azadlıqların məhdudlaşdırılması kimi qələmə verilməsi və mövzunun ilkin məqsədindən fərqli məcrada təqdim olunması cəmiyyətdə ziddiyyətli fikir ayrılıqları yaradıb.

Sabiq təhsil naziri, professor Firudin Cəlilov AzEdu.az-a açıqlamasında bildirlib ki, Azərbaycan hər hansı xarici qüvvələrin yox məhz  Azərbaycan Respublikasının qanunları işləyir:

"Məktəblərdə şagird və müəllimlər üçün vahid geyim qaydası ilə bağlı başlanan müzakirələr,  etirazlar tamamilə süni şəkildə yaradılan məsələdir və bunun arxasında böyük siyasət dayanır. Azərbaycanda suları qarışdırmaq, qarışıqlıq yaratmaq istəyən müəyyən qüvvələr var. 

Türk millətinin özünün qədim ənənələri var. Bizim xanımlarımız, qızlarımız kiçik yaşlarında başlarını örtməyiblər, yaylıq,kəlağayı bağlayıblar. Mərhum ana və nənələrimizin başı həmişə yaylıqlı olardı.  

Baxırsan ki, şagirdlər vahid məktəbli formasına uyğun olmayan tərzdə dərsə  gedir, bu,  qəbuledilməz haldır. Bunu şagirdlərin valideynləri də başa düşməlidirlər, o uşaqları o cür geyimlərdə məktəbə göndərməməlidirlər.  Həmin uşaqların valideyinlərində günah görmək lazımdır. 

Müəllimlərin vahid geyiminə gəldikdə isə, artıq yetkin insan olan müəllimlərin də geyiminə qoyulan tələblər var. Təbii ki, müəllimlər də öz geyimləri ilə şagirdlərə və tələbələrə nümunə olmalıdırlar. Müəllim sinfə gələndə müəyyən bir qaydaya əməl etməlidir. 

Bu məsələləri gündəmə gətirən adamlar bilməlidirlər ki,hər hansı başqa ölkənin deyil, Azərbaycan Respublikasının qanunları işləyir. Qanunlar budur ki, hər kəs məktəbli formasını geyinməlidir və bu məsələdə heç bir güzəştə yol verilməməlidir".

İran hərəkətə keçdi - Məktəblərdəki təxribatın şok detalları
Son xəbərlərDaha çox