Azedu.az

Məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb

Hadisə

12 Oktyabr 2026, 14:27
Məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb

Fransanın Obon şəhərində yeniyetmə məktəbdə atəş açıb, nəticədə ümumtəhsil müəssisəsinin direktoru və müəllimlərindən biri yaralanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduard Jeffrey "X" sosial şəbəkəsində məlumat verib.

Hadisə Obon şəhərindəki Lakanal orta məktəbində baş verib. İlkin məlumatlara görə, atəş açan şəxs həmin məktəbin 14 yaşlı şagirdidir. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yerli medianın məlumatına görə, hücum ov tüfəngindən istifadə edilməklə törədilib.

Bakıda şok görüntülər! - Məktəblərə hücum - 37 nəfər həbs edildi
Son xəbərlərDaha çox