İstanbulun Başakşehir rayonunda məktəbdə baş verən bıçaqlı hücum nəticəsində 8 şagird yaralanıb.
AzEdu.az “Anadolu” - ya istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da Kayaşehir ərazisində yerləşən Şeyh Şamil İmam Hatip Orta məktəbində baş verib.
Məlumata görə, başqa məktəbdə təhsil alan 15 yaşlı qız şagird məktəbə gələrək digər şagirdlərə bıçaqla hücum edib. Hadisə zamanı 8 şagird yaralanıb və xəstəxanaya çatdırılıb.
Başakşehir rayonun rəhbəri Cemil Özgür Öneğinin açıqlamasına görə, yaralananların 7-si qız şagirdlərdir. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu isə 8 yaralının müalicəsinin davam etdiyini, onlardan birinin vəziyyətinin kritik, ikisinin isə orta-ağır olduğunu bildirib.
Hücumda şübhəli bilinən 15 yaşlı qız polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.