Azedu.az

Kosmosda ulduz birləşməsi qeydə alındı

Maraqlı

22 Noyabr 2026, 14:25
Kosmosda ulduz birləşməsi qeydə alındı

Alimlər bir ulduzun digərini udmasını ilk dəfə müşahidə ediblər

Astronomlar kosmosda nadir hadisəni - nəhəng bir ulduzun özündən kiçik digər ulduzu udaraq onunla birləşməsini müşahidə ediblər.

AzEdu.az xəbər verir ki, bu barədə xarici elmi media məlumat yayıb.

Müşahidələr göstərib ki, nəhəng ulduz kiçik ulduzu tədricən özünə çəkərək udub. Hadisə astronomlar üçün ulduz sistemlərinin necə dəyişdiyini və inkişaf etdiyini öyrənmək baxımından əhəmiyyətli hesab olunur.

Araşdırmanın nəticələri alimlərə bu cür kosmik proseslərin mexanizmini daha ətraflı öyrənmək imkanı verəcək.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox