Azedu.az

Şahdağda qar yağıb - FAKTİKİ HAVA

AzEdu Təhsil Platforması

22 Noyabr 2026, 10:51
Şahdağda qar yağıb - FAKTİKİ HAVA

Noyabrın 21-i axşam saatlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, noyabrın 22-si saat 10:00-a olan faktiki hava şəraitinə əsasən, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə arabir qar yağıb.

Düşən yağıntının miqdarı Qaxın Sarıbaş kəndində 21, Zaqatalada 12, Şəkinin Kişçay ərazisində 10, Şəmkir və Tovuzda 9, Gədəbəydə 8, Balakən və Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux və Mingəçevirdə 1 mm təşkil edib.

Bəzi yerlərdə qərb küləyi güclənib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-yə çatıb.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox