Azedu.az

"Dərsliklərdə bəzən tapşırıqlar var ki, müəllim özü belə başa düşmür" 

AzEdu Tv

21 Noyabr 2026, 12:12
"Dərsliklərdə bəzən tapşırıqlar var ki, müəllim özü belə başa düşmür" 

“Bəzi dərsliklərdə elə məsələ və misallar - tapşırıqlar var ki, müəllim özü belə onları başa düşməkdə çətinlik çəkir”.

Bu fikirləri “AzEdu Podkast”a açıqlamasında təhsil tədqiqatçısı Elmin Nuri səsləndirib.

O bildirib ki, müəllimlərin bu cür çətinliklərlə üzləşməsi onların bilik səviyyəsinin aşağı olması ilə deyil, dərsliklərdəki müəyyən  qüsurlarla bağlıdır.

Təhsil tədqiqatçısının sözlərinə görə, bəzi hallarda şagirdlər dərsdə verilən tapşırıqları anlamadıqlarını bildirərək müəllimlərdən izah istəyirlər. Lakin müəllimlər də həmin tapşırıqların məzmununu izah etməkdə çətinlik çəkirlər.

Elmin Nuri qeyd edib ki, kurikulumların yenilənməsi və yeni məzmun xətlərinin hazırlanması prosesində xarici mütəxəssislərlə əməkdaşlıq edilsə də, onların başqa təhsil sistemlərinə uyğun hazırladıqları materiallar yerli müəllimlər üçün hər zaman anlaşıqlı olmur.

O vurğulayıb ki, şagirdlər üçün tapşırıqların çətinlik səviyyəsinə görə qruplaşdırılmasından əvvəl onların müəllimlər üçün nə dərəcədə anlaşıqlı və əlçatan olduğu müəyyənləşdirilməlidir.

"Dərslik və tədris proqramlarının hazırlanmasında müəllimin həmin məzmunu mənimsəməsi və şagirdə düzgün çatdıra bilməsi əsas meyarlardan biri olmalıdır" - deyə, E.Nuri əlavə edib.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox