Azedu.az

Gəncləri alim adından edən sərt baryer - Akademik dil tələbi

Elm və təhsil

20 Noyabr 2026, 16:32
Gəncləri alim adından edən sərt baryer - Akademik dil tələbi

Doktorantura və dissertantura səviyyələri üzrə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi (bundan sonra DİM) tərəfindən həyata keçirilir.

AzEdu.az adıçəkilən sənədə istinadən xəbər verir ki, doktorantura-dissertantura səviyyələri üzrə xarici dil imtahanında iştirak etməyən  namizəd və iddiaçıların  fəlsəfə üzrə imtahanda iştiraklarına icazə verilmir. Fəlsəfə mərhələsində öz bilik və  bacarıqlarını nümayiş etdirə bilməyənlər isə yekun etapa - ixtisas fənni üzrə təşkil olunan imtahana buraxılmır. Bu səbəbdən xarici dil  predmeti üzrə əldə edilən nəticənin zəruriliyi də  xeyli çoxdur. 

Həmçinin, xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad edilirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Bu qayda doktorantura və dissertantura səviyyələri üzrə qəbulun beynəlxalq təcrübəsində də var və bir çox ölkələrdə tətbiq olunmaqdadır.

Dövlət İmtahan Mərkəzi tərəfindən doktoranturaya qəbul və fəlsəfə doktoru proqramına namizədlər üçün keçirilən xarici dil imtahanının məzmunu Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə Sindikatının, həmçinin yerli ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilib. Xarici mütəxəssislərin  rəy və tövsiyələrinə əsasən CEFR-ın müvafiq səviyyəsinə uyğunlaşdırılıb. Həm doktoranturaya qəbul imtahanında, həm də doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanında dinləyib-anlama bloku üzrə iki dinləmə mətni (monoloq və dialoq) və mətnlərin hər birinə aid 5 qapalı tipli test tapşırığı olmaqla, ümumilikdə 10 test tapşırığı təqdim olunur.

Oxuyub-anlama və dil qaydaları blokunda qrammatik və leksik biliyi yoxlamaq məqsədilə bir kiçikhəcmli mətn üzrə 10 qapalı tipli test tapşırığı, bir oxu mətni üzrə 5 qapalı, digər oxu mətni üzrə isə 5 seçim tipli test tapşırığı, həmçinin yazı blokunda həm vizual məlumatın təsviri, həm də esse tipli yazı tapşırıqlarından istifadə olunur.

Doktoranturaya qəbul , həmçinin doktorantura  təhsilini bitirmiş iddiaçılar üçün keçirilən xarici dil imtahanı özünün akademik ağırlığı, tələb və şərtlərinə görə çox mürəkkəb mexanizm kimi xarakterizə olunmaqdadır. İmtahan zamanı namizəd və iddiaçılardan xarici dil fənni üzrə tələb olunan meyarlar:

-çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqların tətbiqi;

-söz ehtiyatının, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirilməsi;

Yazı bloku üzrə tapşırıq nümunələrində akademik üslub, vizual təsvirlərdən (cədvəl, qrafik, diaqram) istifadə tələbi.

İmtahanın esse mərhələsinin tələbləri də beynəlxalq normalardan daha qəlizliyi ilə seçilir. DİM tərəfindən imtahanın esse mərhələsi üçün qoyulan tələblər:

 Esse seçilmiş xarici dildə olub verilmiş mövzuya uyğun işlənməli;

-Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

-Həcmi 200-250 söz olmalı;

-Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

-Publisistik üslubda olmalı;

-Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;

-Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;

-Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;

-Akademik yazı qaydalarına əməl edilməlidir.

Həmçinin essedə  vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır:

-Vizual məlumatın təsviri seçilmiş xarici dildə olub, vizual məlumata uyğun olmalı;

-Tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

-Həcmi 150-180 söz olmalı;

-Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

-Elmi-publisistik üslubda olmalı;

-Vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı;

-Vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və müqayisələr aparılmalı;

-Neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli;

-Vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər arasında məntiqi rabitə gözlənilməli;

Sözsüz ki, dil bilgisi və onun yüksək səviyyədə tətbiqi alim üçün vacib faktorlardandır. Lakin kifayət qədər elmi potensialı yüksək olan şəxslər var ki, onlar bu və ya digər səbəblərdən dil bilgisi və bacarıqlarını artırmaqdan əziyyət çəkirlər. Elmdə dil bilgisi əsas olsa da, yeganə vacib faktor da deyil. Odur ki, elmi potensiallı şəxsləri bu sahəyə daha da cəlb etmək üçün dil imtahanlarının yüngülləşdirilməsinə ciddi ehtiyac vardır.

TƏCİLİ! Rusiyada azərbaycanlılara qarşı əməliyyat! Nə baş verir?
Son xəbərlərDaha çox