Azedu.az

Peşə təhsilində məzunların iş tapması asanlaşacaq

Elm və təhsil

18 Noyabr 2026, 10:39
Peşə təhsilində məzunların iş tapması asanlaşacaq

"Peşə təhsili aqrar sahədə yeni sahibkarların formalaşmasına imkan yaratmalıdır".

AzEdu.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Peşə Təhsili Forumu 2026 tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, peşə təhsili proqramlarının real sektorun ehtiyaclarına uyğun qurulması məzunların həm iş tapmaq imkanlarını artıracaq, həm də onların aqrar sahədə sahibkar kimi fəaliyyət göstərməsinə şərait yaradacaq.

Nazir müavini qeyd edib ki, təhsil prosesi real sektorun tələblərinə nə qədər yaxın qurularsa, məzunların aqrar sahədə yeni iş yerləri və məşğulluq imkanları yaratmaq potensialı da bir o qədər artacaq:

“Təhsil prosesi real sektora nə qədər yaxın formada qurularsa, gələcəkdə məzunlarımız aqrar sektorda sahibkar kimi fəaliyyət göstərə və dəyər yarada bilərlər. Bu, kənd yerlərində insanların yaşamağa davam etməsi, əmək fəaliyyətinin və gəlirlərinin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır.

Peşə təhsili və ümumilikdə təhsil iqtisadi sektorların inkişafında xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətdə aqrar sektorda fəaliyyət göstərən həm dövlət, həm də özəl müəssisələri kadr hazırlığı sahəsində birgə əməkdaşlığa dəvət edirəm”.

Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi
Son xəbərlərDaha çox