Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Milli Dirçəliş Günü münasibətilə rəsmi “Facebook” hesabında paylaşım edib.
AzEdu.az həmin paylaşımı təqdim edir:
"Ötən əsrin sonlarında xalqımız müstəqil dövlət qurmaq iradəsini ortaya qoydu. Həmin illər Azərbaycanın dövlət müstəqilliyinin bərpası yolunda mühüm mərhələ oldu.
Bu gün biz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın vətəndaşlarıyıq. Bu yolda xalqımızın göstərdiyi birlik və iradə ilə qürur duyuruq.
Milli Dirçəliş Gününüz mübarək!"
