2026/2027-ci tədris ilində V ixtisas qrupu üzrə dövlət sifarişli (pulsuz) plan yerlərinə qəbul zamanı ən yüksək keçid balı qeydə alınan 10 ixtisas məlum olub.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, ilk sırada 234,3 balla Bakı Mühəndislik Universitetinin “Dizayn” (interyer dizaynı, qrafik dizayn, sənaye dizaynı, geyim dizaynı) ixtisası qərarlaşıb.
İkinci yerdə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin “Dizayn” (interyer dizaynı, qrafik dizayn, tədris Azərbaycan dilində) ixtisası yer alıb. Bu ixtisas üzrə keçid balı 229,8 olub.
Üçüncü sırada 228,8 balla Xəzər Universitetinin ingilis dilində tədris olunan “Dizayn” (interyer dizaynı, qrafik dizayn və landşaft dizaynı) ixtisası qərarlaşıb.
Dördüncü yerdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin ingilis dilində tədris olunan “Dizayn” (interyer dizayn, qrafik dizayn) ixtisası yer alıb. Keçid balı 220,2 olub.
Beşinci sırada 219,9 balla Bakı Mühəndislik Universitetinin ingilis dilində tədris olunan “Dizayn” (interyer dizaynı, qrafik dizayn, sənaye dizaynı, geyim dizaynı) ixtisası qərarlaşıb.
Altıncı yerdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” (geyim dizaynı, interyer dizaynı, eksteryer dizaynı, sənaye dizaynı, qrafik dizayn) ixtisası yer alıb. Bu ixtisas üzrə keçid balı 218,9 təşkil edib.
Yeddinci sırada 215,4 balla Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dizayn” (interyer dizaynı, sənaye dizaynı, qrafik dizayn, geyim dizaynı, kukla rəssamı, tədris Azərbaycan dilində) ixtisası qərarlaşıb.
Səkkizinci yerdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Dizayn” (interyer dizayn, qrafik dizayn) ixtisası yer alıb. Keçid balı 212,8 olub.
Doqquzuncu sırada 196,6 balla Bakı Mühəndislik Universitetinin “Dekorativ-tətbiqi sənət” (bədii keramika, şüşə, xalça, bədii toxuculuq) ixtisası qərarlaşıb.
İlk onluğu isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Azərbaycan dilində tədris olunan “Təsviri incəsənət müəllimliyi” ixtisası tamamlayıb. Bu ixtisas üzrə keçid balı 178,5 olub.