Azedu.az

İmtahan birincisinin qeyri-adi köçürmə üsulu üzə çıxdı

Maraqlı

16 Noyabr 2026, 15:14
İmtahan birincisinin qeyri-adi köçürmə üsulu üzə çıxdı

Cənubi Koreyada vergi mühasibi olmaq istəyən namizədlər arasında keçirilən milli imtahanda birinci yeri tutan şəxs süni intellektdən istifadə edərək köçürdüyünü etiraf edib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, soyadının Han olduğunu bildirən namizəd aprel və iyul aylarında keçirilən iki ayrı imtahanda yüzlərlə suala demək olar ki, tam bal toplayıb. Onun qeyri-adi nəticələri uzun müddət şübhələrə səbəb olub. 

Han “YouTube” kanalında yayımlanan videoda ictimaiyyətdən üzr istəyərək imtahan zamanı mikro kameradan və generativ süni intellektdən istifadə etdiyini açıqlayıb. O bildirib ki, sualların fotosunu mikro kamera ilə çəkərək süni intellekt alətinə göndərib, əldə etdiyi cavabları isə smartfon vasitəsilə yoxlayıb.

Namizəd imtahanda birinci yer tutmasının ədalətli mübarizənin nəticəsi olmadığını etiraf edib. O, həmçinin Seul polisinə yazılı etiraf təqdim etdiyini bildirib.

Hadisə universitetə qəbul imtahanı öncəsi narahatlıq yaradıb:

Skandal Cənubi Koreyada minlərlə şagirdin iştirak edəcəyi illik universitetə qəbul imtahanına bir neçə gün qalmış gündəmə gəlib.

Prezident Administrasiyasının rəsmiləri hadisəni ciddi qəbul etdiklərini və qarşıdan gələn imtahanın ədalətli keçirilməsi üçün əlavə tədbirlər hazırladıqlarını açıqlayıblar.

Baş nazir Han Seonq-suk da süni intellekt vasitəsilə köçürmə ilə bağlı narahatlıqları bölüşərək hökumətin universitetə qəbul imtahanının şəffaf və təhlükəsiz keçirilməsinə xüsusi nəzarət edəcəyini bildirib.

TƏCİLİ! İranda əməliyyat başladı - Silahlı dəstə məhv edildi
Son xəbərlərDaha çox