Azedu.az

I ixtisas qrupu üzrə ən yüksək keçid balı olan 10 İXTİSAS

Ali təhsil

12 Noyabr 2026, 13:32
I ixtisas qrupu üzrə ən yüksək keçid balı olan 10 İXTİSAS

2026/2027-ci tədris ilində I ixtisas qrupu üzrə dövlət sifarişli (pulsuz) plan yerlərinə qəbul zamanı ən yüksək keçid balı qeydə alınan 10 ixtisas məlum olub.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, ən yüksək keçid balı ADA Universitetinin ingilis dilində tədris olunan Kompüter elmləri ixtisasında qeydə alınıb.

Belə ki, həmin ixtisas üzrə keçid balı 697,5 olub.

İkinci yerdə Bakı Ali Neft Məktəbinin ingilis dilində tədris olunan İnformasiya təhlükəsizliyi ixtisası qərarlaşıb. Bu ixtisas üzrə keçid balı 675,9 təşkil edib. Eyni universitetin Kompüter elmləri ixtisasında isə keçid balı 674,1 olub.

Reytinqin dördüncü pilləsində Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası 669,7 balla yer alıb.

ADA Universitetində ingilis dilində tədris olunan İnformasiya texnologiyaları ixtisası isə 662,1 balla beşinci olub.

İlk onluqda Bakı Ali Neft Məktəbinin ingilis dilində tədris olunan Kompüter mühəndisliyi ixtisası 658,7 balla altıncı, ADA Universitetinin eyni ixtisası 656,2 balla yeddinci yerdə qərarlaşıb.

Siyahının səkkizinci pilləsində Bakı Ali Neft Məktəbinin Data analitikası ixtisası 652,1 balla yer alıb.

Eyni universitetin Neft-qaz mühəndisliyi ixtisasında keçid balı 643,2, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında isə 635,2 olub. Bununla da ilk onluq tamamlanıb.

Beləliklə, 2026/2027-ci tədris ilində I ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ən yüksək keçid balı ADA Universitetinin Kompüter elmləri ixtisasında qeydə alınıb.

Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?
Son xəbərlərDaha çox