“Doktorantların yalnız 5-6 faizi dissertasiyasını nəzərdə tutulan müddətdə müdafiə edə bilir”.
Bu fikirləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində səsləndirib.
Rektor bildirib ki, bu göstərici elmi kadr hazırlığının daha səmərəli təşkilinə ehtiyac olduğunu göstərir. Belə ki, rektor elmi kadr hazırlığının gücləndirilməsi üçün gənc alimlərin və doktorantların elmi fəaliyyətinin stimullaşdırılması, onların beynəlxalq layihələrdə iştirak imkanlarının genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, SDU-nun 2026-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planında elmi tədqiqat potensialının gücləndirilməsi və tədqiqatyönümlü universitet modelinin formalaşdırılması əsas hədəflər sırasındadır.