Ali təhsil müəssisələrinin rektorları cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərlə bağlı sosial şəbəkə hesablarında paylaşımlar ediblər.
AzEdu.az rektorların paylaşımını təqdim edir:
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:
"Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev zəngin çıxışında növbəti mərhələdə YAP qarşısında duran strateji vəzifələri müəyyən etdi. YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri hörmətli Tahir müəllim Budaqovun keçən dövrdə YAP-ın fəaliyyəti haqqında geniş hesabatını dinlədik. YAP Nizamnaməsinə dəyişiklik edildi, Təftiş Komissiyasının hesabatı qəbul edildi. Mənə növbəti dəfə böyük etimad göstərildi və YAP İdarə Heyətinin üzvü seçildim".

Qarabağ Universitetinin rektoru Şahin Bayramov:
"Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyib".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov:
Prezident İlham Əliyev: "...Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına…".
Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nurəli Yusifbəyli:
Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev:
