Azedu.az

“Tələbəni sabahın dəyişən dünyasına hazırlamalıyıq”

Rektorlar

5 Oktyabr 2026, 10:25
“Tələbəni sabahın dəyişən dünyasına hazırlamalıyıq”

“Tələbəni yalnız bugünkü əmək bazarına hazırlamaq kifayət deyil, onu sabahın dəyişən dünyasına hazırlamalıyıq”.

AzEdu.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı deyib.

Elçin Babayev bildirib ki, Bakı Dövlət Universiteti təhsili cəmiyyətdən təcrid olunmuş şəkildə deyil, ənənə ilə yeniliyin vəhdəti əsasında inkişaf etdirməyi əsas istiqamətlərindən biri hesab edir.

“Ənənə ilə yeniliyin vəhdətini təmin etmək, təhsilin keyfiyyətini və elmi tədqiqatların nəticəliliyini yüksəltmək, tələbələrimizi qlobal və rəqabətli mühitə hazırlamaq əsas prioritetlərimizdəndir.

Müasir təhsil modelində tələbə öyrənmə prosesinin fəal iştirakçısıdır. Buna görə də təhsil proqramları əmək bazarının və cəmiyyətin dəyişən ehtiyaclarına uyğunlaşdırılır, tələbəyönümlü tədris metodları genişləndirilir. Ömürboyu öyrənmə imkanlarının inkişafı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Texnologiya təhsilin məqsədi deyil, onun imkanlarını genişləndirən bir vasitədir. Süni intellekt tədris, tədqiqat və idarəetmədə böyük imkanlar yaradır. Lakin akademik və elmi dürüstlük, etik məsuliyyət, məlumat təhlükəsizliyi və insan amilinin qorunması daim diqqət mərkəzində olmalıdır.

Cənab Prezidentin çıxışında səsləndirdiyi digər mühüm çağırışlardan biri də şablonlardan əl çəkmək, formal yanaşmalardan uzaqlaşmaq və yeni yanaşmalar tətbiq etmək zərurəti ilə bağlıdır.

Prezident İlham Əliyev bildirib: “Düzgün ideoloji işin qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatmışdır. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır”.

Hücumlar artdı -Türkiyədə Bakıya etirazlar - Sifarişçilər kimlərdir?-
Son xəbərlərDaha çox