Azedu.az

Aİ və Böyük Britaniya universitetlərdə təhsil haqqı güzəştləri barədə razılığa gələ bilməyib

Ali təhsil

20 Noyabr 2026, 17:28
Aİ və Böyük Britaniya universitetlərdə təhsil haqqı güzəştləri barədə razılığa gələ bilməyib

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Brüssel sammitində universitetlərdə güzəştli təhsil haqqının tətbiqi ilə bağlı razılığa gəlməyiblər – danışıqlar altı ay təxirə salınıb.

AzEdu.az xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb.

Aİ nümayəndələri bildiriblər ki, Britaniya hökuməti Böyük Britaniya universitetlərində təhsil alan avropalılar üçün təhsil haqqını azaltmağa razılaşmasa, "Brexit"in "yenidən başladılması"na dair razılaşma qüvvəyə minməyəcək.

Aİ ölkələri israr edirlər ki, ittifaqın 27 üzv dövlətindən olan tələbələr təhsil üçün britaniyalı tələbələr qədər ödəniş etsinlər. Onlar Böyük Britaniyaya razılaşmaq və ya alternativ variant barədə razılığa gəlmək üçün altı ay vaxt veriblər.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox