Bakı Dövlət Universitetinin (BDU) informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssisi Fuad Hüseynovun işdən çıxarıldığı ilə bağlı məlumatlar yayılıb.
AzEdu.az məlumatın doğruluğunu dəqiqləşdirmək məqsədilə Bakı Dövlət Universitetinə sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, Fuad Hüseynovun işdən çıxarılması ilə bağlı məlumat doğru deyil.
Qeyd edək ki, Fuad Hüseynov BDU-da imtahanlar zamanı köçürmə hallarının qarşısının alınmasına nəzarət edir, belə halları aşkar etdikdə isə müvafiq sərt tədbirlər görür.