Azedu.az

“Maarifçi” proqramında məzun sayı 100 nəfəri keçəcək - Mətin Kərimli

AzEdu Təhsil Platforması

20 Noyabr 2026, 10:15
“Maarifçi” proqramında məzun sayı 100 nəfəri keçəcək - Mətin Kərimli

"Maarifçi" proqramının məzunlarının sayı 100 nəfəri ötəcək".

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli IV “Maarifçi” tələbə-məzun forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda IV “Maarifçi” proqramının 50 iştirakçısı məzun olur. 2024-cü ildən etibarən proqram çərçivəsində həyata keçirilən istehsalat təcrübələrini də nəzərə alsaq, məzunların ümumi sayı 100 nəfəri keçəcək:

“Artıq bu, ölkənin müxtəlif yerlərində təmsil olunan böyük bir icmadır. Mənə görə, “Maarifçi” proqramının ən böyük əhəmiyyəti qarşılıqlı öyrənmə və dəyər yaratma prosesidir. Burada yalnız proqram iştirakçıları deyil, biz də öyrənirik. Şəxsən mən, həmkarlarım, iştirakçılarla çalışan mentorlar da bu prosesdə yeni bilik və təcrübə qazanırlar. Bu, doğrudan da qarşılıqlı öyrənmə və dəyər yaratmaq prosesidir. Biz birlikdə dəyər yaradırıq”.

M.Kərimli vurğulayıb ki, proqram insan kapitalının formalaşmasına töhfə vermək baxımından da mühüm əhəmiyyət daşıyır.

Aparat rəhbəri proqramın uğurlarından birinin də zamanla ona münasibətin dəyişməsi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, başlanğıcda “Maarifçi” proqramına həvəslə yanaşanlarla yanaşı, onun davamlılığına inanmayan və müəyyən müqavimət göstərən həmkarlar da olub.

Lakin hazırda həmin şəxslərin bir çoxu proqramın ən yaxın dəstəkçilərinə çevrilib.

M.Kərimli əlavə edib ki, regionlara səfərlər zamanı regional təhsil idarələrinin rəhbərləri də “Maarifçi” iştirakçılarının fəaliyyətindən razılıqlarını ifadə edirlər

İrandan kritik xəbərdarlıq - Hazır olun, VURACAĞIQ!
Son xəbərlərDaha çox