Azedu.az

BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı

Hadisə

19 Noyabr 2026, 13:14
BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı həyat yoldaşı, jurnalist Şərəf Cəlili açıqlama verib.

AzEdu.az Lent.az-a istinadən xəbər verir ki, o, hadisəni təsdiqləyərək bu sözləri deyib: “İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”.

Ş.Cəlili hadisənin təfərrüatları ilə bağlı hələlik geniş danışmaq istəməyərək əlavə edib: “Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”.

Jurnalistin bu ifadələrlə bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir, lakin məsələnin digər detalları hələlik məlum deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı.

Artan sosial problemlər! Bahalaşma, işsizlik - Çıxış yolu nədir?
Son xəbərlərDaha çox