Əsədov Ceyhun Mürsəl oğlu Mil-Muğan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyin edilib.
AzEdu.az xəbər verir ki, Ceyhun Əsədov 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya müəllimliyi ixtisasını bitirib.
O, yeni təyinatadək Saatlı rayonu Qara Nuru kənd Rasim Səfərov adına tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunda isə aparıcı məsləhətçi vəzifəsində çalışıb.