Azedu.az

İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil

Orta təhsil

18 Noyabr 2026, 12:39
İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil

"İbtidai sinif müəllimlərinin böyük bir qismi ali təhsilli deyil".

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panelsessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, uzun illər ibtidai təhsilin keyfiyyətinin arzuolunan səviyyədə olmaması təhsilin sonrakı pillələrinə də təsir göstərib.

Bununla belə, hazırda ibtidai təhsilin keyfiyyətində tədricən yaxşılaşma müşahidə olunur.

Emin Əmrullayev sertifikatlaşdırma imtahanlarında işdən azad olunan müəllimlərin böyük qisminin ibtidai sinif müəllimləri olduğunu xatırladıb.

O, ibtidai sinif müəllimlərinin təhsil səviyyəsinə də diqqət çəkib:

“Fakt budur ki, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərimizin böyük bir qismi ali təhsilli deyil, orta ixtisas təhsillidir”.

Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?
Son xəbərlərDaha çox