"Rəqabətin az olduğu sahələrə, çətin peşələrə yiyələnmək gələcəkdə üstünlük yarada bilər”.
AzEdu.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Peşə Təhsili Forumu 2026"-da çıxışı zamanı deyib.
Nazir bildirib ki, peşə seçimi zamanı əmək bazarındakı rəqabət səviyyəsi də nəzərə alınmalıdır. Onun sözlərinə görə, nisbətən çətin və ağır peşələrdə rəqabət daha az, asan hesab olunan sahələrdə isə daha çox ola bilər.
Anar Əliyev gənclərə seçim edərkən bu amili də diqqətdə saxlamağı tövsiyə edib:
“Şəxsən mən seçim etsəydim, rəqabətin az olduğu, daha çətin peşələrə üstünlük verərdim. Çünki həmin peşəyə yiyələnmək üçün ilkin mərhələdə müəyyən çətinliklərdən keçmək lazım gəlsə də, bu, sonrakı peşəkar inkişafda böyük üstünlük yarada bilər. Rəqabətin az olduğu sahələrdə insanın daha çox inkişaf etmək imkanı olur”.