Azedu.az

Peşə təhsilində ən ciddi problemlərdən biri aradan qalxacaq 

Peşə təhsili

18 Noyabr 2026, 10:27
Peşə təhsilində ən ciddi problemlərdən biri aradan qalxacaq 

"Peşə təhsilində rəqəmsallaşma, süni intellekt və yaşıl iqtisadiyyat nəzərə alınmalıdır".

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Peşə Təhsili Forumu 2026 tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, müasir çağırışlar, rəqəmsallaşma, süni intellekt və yaşıl iqtisadiyyat peşə təhsilinin inkişafında nəzərə alınmalı əsas istiqamətlərdir:

“Biz proqram və tədris məhsullarımızı bu çağırışlara uyğun inkişaf etdirməliyik. Eyni zamanda, peşə təhsilində keyfiyyəti təmin etmək üçün bu sahədə lider olmağa çalışmalıyıq.

Peşə təhsilinə maraq da artmaqdadır. 2024–2025-ci illərdə bu sahədə 27 min nəfər təhsil alırdısa, cari ildə onların sayı 40 minə çatıb. Yüksək texniki peşə təhsili üzrə tələbələrin sayının isə 8 mindən 10 minə çatdırılması nəzərdə tutulur.

Dual peşə təhsili də diqqət yetirilməli vacib istiqamətlərdəndir. 2025-ci ildə 1700 nəfər bu təhsil modelindən yararlanıb.

Digər mühüm məsələ pedaqoji və rəhbər heyətin peşəkarlığının artırılmasıdır. Bu istiqamətdə müsahibə prosesləri aparılır və cari ildə 274 yeni müəllim işə qəbul edilib. Eyni zamanda, 17 yeni təhsil proqramı hazırlanır.

Peşə təhsili ümummilli məsələdir və hamımızı maraqlandırmalıdır. Çalışmalıyıq ki, bu sahənin cəmiyyətdə nüfuzunu daha da artıraq”.

Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi
Son xəbərlərDaha çox