Azedu.az

UNEC ilə Gürcüstan universitetləri arasında strateji tərəfdaşlıq genişlənir

Ali təhsil

17 Noyabr 2026, 14:14
UNEC ilə Gürcüstan universitetləri arasında strateji tərəfdaşlıq genişlənir

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransında iştirak edir.

Universitetdən AzEdu.az-a bildirilib ki, rektor Ədalət Muradov konfransın “Ali təhsildə Gürcüstan–Azərbaycan əməkdaşlığı: dialoqdan strateji tərəfdaşlığa” adlı panelində çıxış edib. Rektor Gürcüstan universitetləri ilə əməkdaşlığın inkişafına dair UNEC-in yanaşma və baxışlarını bölüşüb, universitetlərarası tərəfdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndirib.

Konfrans çərçivəsində UNEC ilə Gürcüstanın bir sıra ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb. Sənədlər Gürcüstan Milli Universiteti, Qori Dövlət Universiteti, Batumi Şota Rustaveli Dövlət Universiteti, Biznes və Texnologiya Universiteti, Yeni Baxış Universiteti və Gürcüstan İctimai Əlaqələr İnstitutu ilə əməkdaşlığı əhatə edir.

TƏCİLİ! ABŞ əlavə qoşun yığır - İrana dəhşətli hücum...
Son xəbərlərDaha çox