2026/2027-ci tədris ilində III ixtisas qrupu üzrə dövlət sifarişli (pulsuz) plan yerlərinə qəbul zamanı ən yüksək keçid balı qeydə alınan 10 ixtisas məlum olub.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, ən yüksək keçid balı Bakı Dövlət Universitetində ingilis dilində tədris olunan Hüquqşünaslıq ixtisasında qeydə alınıb. Belə ki, həmin ixtisas üzrə keçid balı 657,4 olub.
İkinci yerdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası 636,5 balla qərarlaşıb.
Üçüncü pillədə Naxçıvan Dövlət Universitetində ingilis dilində tədris olunan Hüquqşünaslıq ixtisası 614 balla yer alıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası da eyni nəticə ilə dördüncü yerdə qərarlaşıb.
Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə digər göstəricilər isə müvafiq olaraq 608,9 və 606,8 bal təşkil edib. Bununla da universitet siyahının beşinci və altıncı pillələrində yer alıb.
Milli Aviasiya Akademiyasında ingilis dilində tədris olunan Hüquqşünaslıq ixtisası 605,8 balla yeddinci olub.
Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası 605,2 balla səkkizinci, Milli Aviasiya Akademiyasının eyni adlı ixtisası 603,6 balla doqquzuncu yerdə qərarlaşıb.
İlk onluğu Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisası tamamlayıb. Həmin ixtisas üzrə keçid balı 603,4 olub.