Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1,5 tona yaxın sitrus meyvələrini Bakı və Bakıətrafı rayonlarda yerləşən uşaq evi sosial xidmət müəssisələrinə pay göndəriblər.
AzEdu.az xəbər verir ki sovqat qismində göndərilən sitrus məhsulları LDU-nun 2, 7 hektarlıq aqrar tədris təcrübə bazasında aqrar yönümlü ixtisasların tələbələri tərəfindən yetişdirilib. Ənənəvi olaraq 3 ildir icra edilən bu xeyriyyə missiyası tələbələrdə sosial məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.Sosial xidmət müəssisələrinin rəhbərləri uşaqlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və tələbə heyətinə minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, bu, LDU tələbələrinin uşaqlara növbəti sovqat payıdır. Bir müddət öncə də LDU tələbələri Bakı və Bakıətrafı rayonlarda yerləşən uşaq evi sosial xidmət müəssisələrinə 1 tondan artıq sitrus meyvələri göndərmişdilər.