Azedu.az

Dövlət Proqramı ilə xaricdə oxuyanların sayı ARTIRILSIN

AzEdu Təhsil Platforması

12 Noyabr 2026, 14:19
Dövlət Proqramı ilə xaricdə oxuyanların sayı ARTIRILSIN

Hər il Dövlət Proqramı çərçivəsində 500 tələbə və məzun dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı əldə edir.

Gələcək illərdə bu kvotanın artırılması nəzərdə tutulurmu? Ümumiyyətlə, mövcud kvotanın artırılmasına ehtiyac varmı?

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Ələkbərova danışıb. 

O, qeyd edib ki, əsas məsələ yalnız kvotanın artırılması deyil, həm də bu imkanlardan nə dərəcədə səmərəli istifadə edilməsidir:

“Dövlət Proqramı gənclərimiz üçün yaradılmış ən dəyərli imkanlardan biridir. Bu proqram təkcə xaricdə təhsil almaq imkanı deyil, həm də ölkəmizin gələcək kadr potensialına qoyulan mühüm sərmayədir.

Bildiyimiz kimi, 2024-cü ildə Prezidentin müvafiq sərəncamı ilə illik kvota 400 nəfərdən 500 nəfərə artırılıb və proqramın müddəti 2028-ci ilədək uzadılıb. Hazırda kvotanın növbəti dəfə artırılması ilə bağlı rəsmi qərar yoxdur.

Düşünürəm ki, gələcəkdə bu sayın artırılmasına ehtiyac var. Çünki istedadlı, yüksək nəticələr göstərən və dünyanın nüfuzlu universitetlərindən qəbul alan gənclərimizin sayı kifayət qədərdir. Məsələn, 2026-2027-ci tədris ili üzrə proqrama 1 221 nəfər müraciət edib, onlardan 500-ü təhsil almaq hüququ qazanıb.

Amma burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Məncə, əsas məsələ yalnız kvotanın artırılması deyil, həm də bu imkanlardan nə dərəcədə səmərəli istifadə edilməsidir. Xüsusilə ölkəmizin ehtiyac duyduğu ixtisaslar üzrə mütəxəssislərin hazırlanması, onların təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq qazandıqları bilik və təcrübəni tətbiq etmələri olduqca vacibdir.

İstərdim ki, gələcəkdə daha çox gəncimiz bu proqramdan yararlansın. Çünki savadlı, dünyagörüşlü və peşəkar gənclərə yaradılan hər bir imkan, əslində, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir”.

Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?
Son xəbərlərDaha çox