Azedu.az

Genetik Ehtiyatlar İnstitutunda yeni rəhbər təyinatı olub

AzEdu Təhsil Platforması

12 Noyabr 2026, 10:51
Genetik Ehtiyatlar İnstitutunda yeni rəhbər təyinatı olub

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.

AzEdu.az-a mövzu ilə bağlı  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinindən məlumat verilib.

Noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Nigar Kərimovanı İnstitutun kollektivinə təqdim edib.

Görüş çərçivəsində institutun elmi fəaliyyətinin təkmilləşdirilməsi, elmi tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin inkişafı və əldə olunan elmi nəticələrin praktik tətbiqi məsələlərinə toxunulub. İnstitutun gələcək fəaliyyət istiqamətləri və qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb.

Nigar Kərimova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili almışdır. 2023-cü ildə “Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2016–2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olmuş, həmçinin Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirmiş, 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışmışdır.

Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!
Son xəbərlərDaha çox